logo

Təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib

16:29 21-05-2021 | icon 5439
Təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edilib

Təhsil naziri Emin Əmrullayev Türkiyənin Azərbaycandakı yeni səfiri Cahit Bağcı və Türkiyə Maarif Vəqfinin sədri Birol Akgünün rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Təhsil Nazirliyindən YeniAvropa-ya bildirilib ki, görüş zamanı iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə edilib. Həmçinin mayın sonunda Türkiyə Respublikasının milli təhsil naziri Ziya Selçukun ölkəmizə gözlənilən səfərinin əhəmiyyəti vurğulanıb. Görüşün sonunda Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə Türkiyə Maarif Vəqfi arasında protokol imzalanıb.