logo

Azərbaycan “Eurovision-2021”  müsabiqəsinin finalına yüksəlib

09:19 19-05-2021 | icon 21266
Azərbaycan “Eurovision-2021”  müsabiqəsinin finalına yüksəlib

Gecə saatlarında Niderlandın Rotterdam şəhərində “Eurovision-2021” mahnı müsabiqəsinin birinci yarımfinalında səsvermə keçirilib.

YeniAvropa xəbər verir ki, səsvermənin nəticələrinə əsasən müsabiqədə ölkəmizi təmsil edən Samirə Əfəndi finala vəsiqə qazanıb.

Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçısı çıxış edəcək.

Qeyd edək ki, müsabiqədə səhnəyə 14-cü çıxan Samirə Əfəndi birinci yarımfinal mərhələsində “Mata Hari” mahnısını ifa edib. Təqdim olunan bəstənin müəllifləri niderlandlı Amy van der Vel, Coş Earl və Lyuk van Birsdir. Azərbaycan təmsilçisinin ifa etdiyi “Mata Hari” lirik mahnısı I Dünya müharibəsində casus kimi günahlandırılan niderlandlı ekzotik rəqqas Mata Harinin həyatından bəhs edir.

Müsabiqənin birinci yarımfinalında ölkəmizlə yanaşı Litva, Sloveniya, Rusiya, İsveç, Avstraliya, Şimali Makedoniya, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Belçika, İsrail, Rumıniya, Ukrayna və Malta çıxış edib.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 20-də, final yarışması isə mayın 22-də keçiriləcək.

Xatırladaq ki, sayca 65-ci olan “Eurovision" Mahnı Müsabiqəsi ötən il pandemiya səbəbi ilə təxirə salınıb.

Samirə Efendinin çıxışını təqdim edirik: 
 ]