logo

27 yaşlı gənc özünü Bakının mərkəzindəki parkda asdı

13:53 17-05-2021 | icon 8323
27 yaşlı gənc özünü Bakının mərkəzindəki parkda asdı

Mayın 17-də saat 11 radələrində paytaxt sakini 1994-cü il təvəllüdlü Əlizadə Mirəziz Əsgər oğlunun Nəsimi rayonu ərazisində yerləşən Tesla parkı ərazisində özünü kəndirlə asaraq intihar etməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Baş Prokurorluğun mətbuat xidmətindən  YeniAvropa-ya bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, habelə məhkəmə tibbi ekspertizası təyin olunub.

Hazırda Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.