Boks üzrə rusiyalı dünya və Avropa çempionu Olqa Domulacanova dünyasını dəyişib.
YeniAvropa xəbər verir ki, bu barədə "TASS" Rusiya Boks Federasiyasına istinadla xəbər yayıb.
Məlumatda məşhur idmançının 52 yaşında COVİD-19-dan vəfat etdiyi bildirilib.
Qeyd edək ki, Olqa Domulacanova 2001-ci ildə 81 kq çəki dərəcəsində dünya və Avropa çempionu olub.