logo

Ukraynada 668 kriminal avtoritetə qarşı sanksiya tətbiq edilib

18:13 14-05-2021 | icon 2800
Ukraynada 668 kriminal avtoritetə qarşı sanksiya tətbiq edilib

Ukraynada 111 əcnəbi kriminal avtoritetə qarşı sanksiya tətbiq edilib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, Ukrayna зrezidenti Vladimir Zelenski xalqa videomüraciətində bildirib.

Prezident qeyd edib ki, müvafiq qərar Milli Təhlükəsizlik və Müdafiə Şurasının mayın 14-də keçirilən iclasında qəbul edilib.

Bundan başqa qanuni oğru adlandırılan 557 şəxsə qarşı eyni sanksiyalar tətbiq edilib. Sanksiyaya düşənlərin aktivləri dondurulacaq, vətəndaşlıq ala bilməyəcək, ölkədən çıxarılacaq, Ukraynaya girişinə qadağa qoyulacaq.

Zelenskinin sözlərinə görə, bu insanların bəziləri hazırda ölkə xaricindədirlər.