logo

Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə sərhədindəki gərginlikdən danışdı

17:18 14-05-2021 | icon 1995
Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin baş katibi ilə sərhədindəki gərginlikdən danışdı

Mayın 14-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibi Stefano Sannino arasında telefon danışığı baş tutub.

YeniAvropa xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib.

Tərəflər Azərbaycan və Ermənistan sərhədində baş verən gərginlik ilə bağlı fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov bölgədəki cari vəziyyətlə bağlı həmsöhbətinə məlumat verib və Azərbaycanın bölgədəki gərginliyin aradan qaldırılmasına sadiq olduğunu vurğulayıb.

Tərəflər bu kimi gərginliklərin siyasi və diplomatik yolla həllinin vacibliyini qeyd ediblər.