logo

İsmayıllıda ana 5 yaşlı oğlunu götürüb evdən qaçdı

13:31 14-05-2021 | icon 2275
İsmayıllıda ana 5 yaşlı oğlunu götürüb evdən qaçdı

Mayın 4-də İsmayıllı rayon sakini, evli, 1997-ci il təvəllüdlü Arzu Ağazadə 5 yaşlı oğlu İbrahimlə birlikdə yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan  bildirilib.

Məlumatda Arzu Ağazadənin əlamətləri belə qeyd edilib: Boyu 167 sm, gözlərinin rəngi qəhvəyi, saçları qara ilə sarının qarışığıdır. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, yaşıl şalvar və ağ idman ayaqqabısı olub.

"Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və (050) 280-45-00, (050) 205-60-26 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur",-deyə məlumatda bildirlib.