logo

İntensiv yağışlar çaylarda qısamüddətli daşqınlar yaradıb

13:13 10-05-2021 | icon 3332
İntensiv yağışlar çaylarda qısamüddətli daşqınlar yaradıb

Milli Hidrometeorologiya Xidmətinin mayın 10-u saat 12:00-a olan məlumatına əsasən, ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, əsasən şimal və qərb rayonlarda intensiv olub, dağlıq ərazilərdə qar yağıb, güclü şimal-qərb küləyi əsib.

Xidmətdən YeniAvropa-ya bildiriblər ki, intensiv yağışlar nəticəsində çaylarda sululuq artıb, Gorançaydan qısamüddətli daşqın keçib.

Düşən yağıntının miqdarı Böyük Qafqaz zonasında 5-16, Sarıbaşda (Qax) 29, Balakəndə 28, Şahdağda 21, Zaqatalada 19, Kiçik Qafqaz zonasında 15-18, Naxçıvan Muxtar Respublikasında 2-8, Mərkəzi Aran rayonlarında 3-5, Qazax-Gəncə zonasında 5-20, Lənkəran-Astara zonasında 1-3, Bakıda və Abşeron yarımadasında 1 millimetrədək olub.

Qərb küləyi əsib, arabir Naftalanda 34, Tərtərdə 33, Balakən, Ağdamda 30, Tovuz, Zərdab, Gəncədə 28, Mingəçevir, Bərdədə 25, Ceyrançöldə 24, Şəki, Xaçmaz, Göyçayda 22, Zaqatalada 20, Yevlaxda 19, Şəmkir, Yardımlıda 18, Şabranda 16, Şərurda 15, Bakıda 32, Maştağada 30, Qum adası, Sumqayıtda 28, Neft Daşlarında 26, Çilov adası, Pirallahıda 25, Binədə 24 metr/saniyəyədək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 4.4 metrə çatıb.

Qar örtüyünün hündürlüyü Xınalıqda 2, Şahdağ, Daşkəsən, Gədəbəydə 1 santimetrə çatıb.

Mayın 9-da Naxçıvanda saat 17:10 radələrində 5 dəqiqə ərzində diametri 6, Qazaxda saat 15:40-15:45 radələrində diametri 0,8 millimetr olan, Ağstafada isə saat 15:20-15:25 radələrində zəif dolu yağıb.