logo

Ərdoğan NATO-nun baş katibi ilə Rusiya-Ukrayna böhranı müzakirə edib

18:33 16-04-2021 | icon 4410
Ərdoğan NATO-nun baş katibi ilə Rusiya-Ukrayna böhranı müzakirə edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla NATO-nun baş katibi Yens Stoltenberq arasında telefon danışığı olub.

YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Telefon danışığı zamanı Egey, Şərqi Aralıq dənizlərində, Liviya və Əfqanıstanda son vəziyyət, regional məsələlər, eləcə də Rusiya-Ukrayna böhranı ilə bağlı məsələlər müzakirə olunub.

Prezident Ərdoğan Türkiyənin konstruktiv addımları və israrlı çağırışları sayəsində bu gün Egey və Şərqi Aralıq dənizlərində sabitliyin hökm sürdüyünü bildirib. Liviyanın yeni hökumətinə müdafiə və təhlükəsizlik sahələrində dəstək verilməsinin zəruriliyini söyləyən Rəcəb Tayyib Ərdoğan imzaladığı müqavilələr çərçivəsində Türkiyənin bu istiqamətdə töhfə verdiyini qeyd edib. Türkiyə prezidenti NATO-nun imkanlarından faydalanaraq Əfqanıstana dəstəyin davam etdirilməsinin vacibliyini vurğulayıb.