logo

Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıb

09:49 16-04-2021 | icon 3724
Cüdoçularımız Avropa çempionatında mübarizəyə başlayıb

Bu gün Portuqaliyanın paytaxtı Lissabonda start götürən Avropa çempionatında cüdoçularımız mübarizəyə başlayıb.

YeniAvropa xəbər verir ki, ötən ildən təxirə salınan “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziya xarakterli yarışın birinci günündə 3 idmançımız tatamiyə çıxacaq. Kişilər arasında Kəramət Hüseynov (60 kq) moldovalı Nikolae Foca, Orxan Səfərov israilli Amit Boboviç, Nicat Şıxəlizadə (hər ikisi 66 kq) isə slovakiyalı Matej Poliak ilə üz-üzə gələcəklər.

Turnirdə Azərbaycan 9 cüdoçu ilə təmsil olunur. Aprelin 18-dək davam edəcək qitə çempionatında 45 ölkədən 300-dən çox idmançı mübarizə aparacaq.