Milli Məclis komitələrinin birgə iclası keçirilib
Aprelin 15-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi ilə İctimai birliklər və dini qurumlar komitəsinin videokonfrans formatında birgə iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, parlamentin sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli iclasın gündəliyindəki “Dini etiqad azadlığı haqqında” Qanuna təklif edilən dəyişikliklər barədə (birinci oxunuş) ətraflı məlumat verib. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Qanun 1992-ci ildə qəbul edilib. Ötən müddətdə qanunvericiliyə olunan dəyişikliklər, müasir dövrün çağırışları dini sahədə yeni normativlərin təsbitini də zəruri edib. Müzakirəyə təqdim edilmiş dəyişikliklərdən məqsəd dini etiqad azadlığı sahəsində faktiki mövcud olan və yeni yaranan münasibətləri milli qanunvericilik sisteminə uyğun daha səmərəli şəkildə tənzimləmək, eləcə də dövlətin, vətəndaşların, dini qurumların bu sahədə hüquq, vəzifə və məsuliyyətini müəyyənləşdirmək, həmçinin dini etiqad azadlığının həyata keçirilməsi üçün daha münbit şərait yaratmaqdır.
Milli Məclis sədrinin müavini vurğulayıb ki, bu qanun layihəsi Azərbaycanda əsrlərdən bəri formalaşmış dini tolerantlıq mühitinin qorunmasına, dini-əxlaqi dəyərlərin kənar müdaxilələrdən və təsirlərdən mühafizəsinə xidmət edəcək.
Gündəlikdəki ikinci məsələni Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli şərh edib. Bildirib ki, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi ilə bağlıdır, sənəd uyğunlaşdırma xarakteri daşıyır.
Videokonfransda Milli Məclis sədrinin birinci müavini qanun layihəsində təsbit olunan norma və qaydaların, xüsusən dini ekstremizmin təbliğinə və siyasi məqsədlər üçün dinlərarası fərqlərin istifadəsinə yönəldilmiş fəaliyyətin qadağan edilməsinin vacibliyindən danışıb. Qeyd edib ki, bununla bağlı qanunvericilikdə mülki və cinayət məsuliyyəti mövcuddur, bu baxımdan müzakirəyə çıxarılan layihədə dəqiq mexanizmlərin nəzərdə tutulması müsbət haldır.
Komitələrin birgə iclasında aparılan müzakirələrdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev, deputatlar Ceyhun Məmmədov, Anar İsgəndərov, Erkin Qədirli, Azay Quliyev, Cavanşir Paşazadə, Azər Badamov, Tahir Kərimli, həmçinin Qafqaz Müsəlmanları İdarəsinin Aparat rəhbəri Simran Həsənov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Gündüz İsmayılov qanunlara təklif olunan dəyişikliklərə müsbət münasibət bildiriblər.
Fikir mübadiləsindən sonra gündəlikdəki qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə olunub.
Videokonfransda İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, komitələrin üzvləri Sevinc Fətəliyeva, Sabir Hacıyev, Nurlan Həsənov, Cəbi Quliyev, Bəhruz Məhərrəmov iştirak ediblər.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır