logo

Paytaxtda daha iki məktəb koronavirusa görə bağlandı

16:47 26-03-2021 | icon 2744
Paytaxtda daha iki məktəb koronavirusa görə bağlandı

Paytaxtdakı Məktəb Lisey Kompleksinin(200 və 43 saylı orta məktəblər) fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, COVİD-19 infeksiyasının kütləvi yayılmasının qarşısının alınması məqsədi ilə Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzi Məktəb Lisey Kompleksində əyani tədris prosesinin aprelin 9-na qədər dayandırılmasına qərar verib.

Odur ki, martın 29-dan dərslər distant şəkildə təşkil ediləcək.