logo

Türkiyə və ABŞ Aralıq dənizində  birgə hərbi təlim keçirəcək

16:08 16-03-2021 | icon 1918
Türkiyə və ABŞ Aralıq dənizində  birgə hərbi təlim keçirəcək

Türkiyə Silahlı Qüvvələri ilə ABŞ-ın “Eysenhauer” təyyarədaşıyan gəmisinin tapşırıq qrupu əməkdaşlığın artırılması məqsədilə Aralıq dənizinin şərqində birgə təlim keçirəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığının nəzdindəki “TCG Gemlik” döyüş gəmisi Rodosun cənubundakı “Eysenhauer” gəmisi ilə birlikdə təlimə başlayacaq. Tapşırıq qrupunun tərkibində bir müddət üzəcək “TCG Gemlik”in ardınca martın 18-də Şərqi Aralıq dənizində genişləndirilmiş təlimlərin keçirilməsi nəzərdə tutulur.

Təlimlərdə Türkiyənin Hərbi Dəniz Qüvvələri Komandanlığına aid gəmilər, Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri və “Eysenhauer” gəmisinin tapşırıq qrupu iştirak edəcək.