logo

NATO gəmiləri Qara dənizdə Gürcüstanla birgə təlimlərə qatılır

21:13 15-03-2021 | icon 1932
NATO gəmiləri Qara dənizdə Gürcüstanla birgə təlimlərə qatılır

NATO-nun 4 hərbi gəmisi Qara dənizdə Gürcüstanın ərazi sularına daxil olub.

YeniAvropa xəbər verir ki, bu barədə gürcü KİV-ləri məlumat yayıb. NATO bölməsinin təkibinə İspaniyanın CRISTOBAL COLON flaqman, Rumıniyanın REGINA MARIA, Türkiyənin KEMALREIS və Bolqarıstanın SMELI gəmiləri daxildir

Gəmilər Gürcüstanın Sahil Mühafizəsi Xidməti ilə Qara dənizdə birgə təlimdə iştirak edəcəklər. Sabah başlayacaq təlimlərin məqsədi Gürcüstan və Alyansın üzv və tərəfdaş ölkələrinin hərbi dəniz qüvvələri arasında qarşılıqlı əlaqələrin gücləndirilməsidir.

NATO gəmiləri Gürcüstanın ərazi sularını martın 18-də tərk edəcək.