logo

Maya Sandu Moldovada iki həftəlik fövqəladə vəziyyət elan edəcək

09:59 14-03-2021 | icon 1785
Maya Sandu Moldovada iki həftəlik fövqəladə vəziyyət elan edəcək

Gələn həftə Moldovada iki həftəlik  fövqəladə vəziyyət elan ediləcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə ölkə prezidenti Maya Sandu ötən gün keçirilən Moldovanın Ali Təhlükəsizlik Şurasının iclasında məlumat verib.

İclasda Moldovada pandemiya ilə bağlı vəziyyət müzakirə edilib. Prezident Maya Sandu şıxışında hazırda ölkədə vəziyyətin kritik olduğunu və bunun bir sıra məsələlərin təcili həllini zəruri etdiyini söyləyib. Prezident parlament üzvlərini və Səhiyyə Nazirliyinin nümayəndələrini qərar verməyə dəvət edib.

“Virusa yoluxma hallarının artmasının qarşısını almaq üçün məsuliyyətli qərarlara ehtiyacımız var. Fövqəladə hallar zamanı kompensasiya, peyvəndlər, müayinələrə giriş və pulsuz dərmanlarla əlaqədar tədbirlər müəyyənləşdirilməlidir. Mənim və Ali Təhlükəsizlik Şurasının mövqeyi belədir ki, ölkədə koronavirusla bağlı təhlükəli vəziyyət yarandığı üçün 2 həftəlik fövqəladə vəziyyət elan edilsin. Moldova hökuməti 3 gün ərzində müvafiq qərar çıxarmalıdır”, - deyə Maya Sandu əlavə edib.