logo

Şəkidə də dövlət universiteti yarıdılır

17:28 09-03-2021 | icon 2947
Şəkidə də dövlət universiteti yarıdılır

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının bazasında Şəki Dövlət Universitetinin yaradılması üçün aidiyyatı üzrə müraciət edilib.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında yer alıb.

Hesabatda qeyd edilib ki, hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialında 8 ixtisas üzrə kadr hazırlığı aparılır. Hər il filiala müxtəlif ixtisaslar üzrə təxminən 270-280 tələbə qəbul olunur.

Ümumilikdə isə filialda 1000-ə yaxın tələbə təhsil alır.