logo

Bakıda Novruz bayramı yarmarkaları keçiriləcək

21:41 07-03-2021 | icon 2023
Bakıda Novruz bayramı yarmarkaları keçiriləcək

“Nəzərdə tutmuşuq ki, növbəti həftədən, Novruz bayramı ərəfəsində uzun müddətli yarmarka təşkil edək”.

 YeniAvropa xəbər verir ki, bu barədə Dövlət Aqrar Ticarət Şirkətinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mais Musayev  məlumat verib. 

Onun sözlərinə görə, pandemiya şəraitinə uyğun olaraq Operativ Qərərgahın verəcəyi qərara görə, bu proses tənzimlənəcək.

“Əgər karantin qaydalarında hansısa sərtləşmə olmazsa, yarmarkaların sayı artırılacaq. Martın 13-dən 19-dək yarmarka davamlı ola bilər”, - deyə Mais Musayev bildirib.

Xatırladaq ki, fevralın 19-dan başlayaraq  Dövlət Aqrar Ticarət Şirkət tərəfindən hər həftənin şənbə və bazar günləri Bakı və Abşeron ərazisində üç fərqli  məkanda "Kənddən Şəhərə" yarmarkası keçirilir.

Yarmarkalar bu ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metrostansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A