logo

III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirməyə başlanılıb

09:54 05-03-2021 | icon 3087
III, VI və VII sinif şagirdləri üçün milli qiymətləndirməyə başlanılıb

III, VI və VII sinif şagirdləri arasında milli qiymətləndirməyə start verilib.

 YeniAvropa xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən bildirilib.Qeyd edilib ki, qiymətləndirmə prosesi martın 5-dən 12-dək davam edəcək. Məqsəd ümumi təhsil pilləsində keyfiyyət göstəricilərini müəyyən etməkdir.

Yeddi minə yaxın şagirdin iştirakı nəzərdə tutulan milli qiymətləndirmə əyani formada təşkil olunub. Qiymətləndirmə COVID-19 pandemiyasının tələb etdiyi gigiyenik şərtlərə uyğun olaraq ölkənin təsadüfi seçilmiş 20 regionunda keçirilir.

Qeyd edək ki, milli qiymətləndirmənin nəticəsi şagirdlərin məktəbdaxili qiymətləndirmə üzrə nəticələrinə təsir göstərmir. Bu qiymətləndirmə tədqiqat xarakteri daşıyır və tədris ili ərzində mütəmadi təşkil olunacaq. Tədqiqatın nəticələri əsasında şagirdlərə dəstək üsulları hazırlanacaq.