logo

Xaçmaz sakininin evində avtomat və patronlar aşkarlanıb

12:02 04-03-2021 | icon 1610
Xaçmaz sakininin evində avtomat və patronlar aşkarlanıb

Xaçmaz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz odlu silah və döyüş sursatı saxlamaqda şübhəli bilinən rayon sakini Namiq Əliyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan YeniAvropa-ya bildirilib ki,Namiq Əliyevin yaşadığı evə keçirilən baxış zamanı oradan bir ədəd "AK-74" markalı avtomat, bir ədəd sandıqca və 30 ədəd patron aşkar edilərək götürülüb.

İlkin dindirilmə zamanı N.Əliyev silah və patronları meşəlik ərazidən tapdığını bildirib.

Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.