logo

General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni coşqu ilə qeyd olundu

19:48 03-03-2021 | icon 1736
General Nadim Raza: Azərbaycanın Zəfəri Pakistanda da eyni coşqu ilə qeyd olundu

Pakistan İslam Respublikasının Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Nadim Raza Azərbaycan Prezidentini və xalqını 44 günlük müharibədə qazanılan Qələbə münasibətilə öz adından, Pakistanın Silahlı Qüvvələri və Pakistan xalqı adından təbrik edib.

 YeniAvropa xəbər verir ki,general Nadim Raza prezident İlham Əliyevlə videoformatda keçirilən görüşdə Azərbaycanın Zəfərinin Pakistanda da eyni coşqu ilə qeyd olunduğunu deyib.

“Müharibənin istənilən anında Azərbaycan Silahlı Qüvvələrinin əməliyyatları bizim kütləvi informasiya vasitələrində əsas başlıqla gedirdi”, - deyə pakistanlı general vurğulayıb.