logo

“Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb

20:55 28-02-2021 | icon 2968
“Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb

Bakının Qaradağ rayonu ərazisində “Meyvəli” ticarət mərkəzində baş verən yanğın söndürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd edilib ki,hadisə ticarət mərkəzindəki köşklərdən birində baş verib.

Əraziyə dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikaları cəlb edilib. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.