logo

Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilib

11:51 27-02-2021 | icon 1365
Metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilib

Bakının Nəsimi raonunda Ceyhun Səlimov küçəsində, Mərkəzi Hərbi Hospitalın qarşısında inşa olunan metronun “8 Noyabr” stansiyası istismara hazır vəziyyətə gətirilib.

YeniAvropa xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətindən bildirilib.

Qeyd edilib ki, Bakı metrosunun son 7 ilində yeraltı yolların inkişafı, yeni sahələrin tikintisi davam edib. 2016-cı ilin aprelində metronun 3-cü xətti, “Bənövşəyi xətt”in “Memar Əcəmi” və “Avtovağzal” stansiyaları istifadəyə verildikdən sonra bu xəttin deposunun, “Yaşıl xətt”in “Həzi Aslanov” stansiyasının tikintisi işləri davam edir. “Bənövşəyi xətt”in 2020-ci ildə Vətən müharibəsində qazandığımız şanlı Zəfər gününün şərəfinə “8 Noyabr” adlandırılan 3-cü stansiyası isə istismara hazırlanır və inşaatın son mərhələsi çərçivəsində texniki-istismar şərtlərinə uyğun tədbirlər icra olunur.