logo

"Bakı” kafesində atışmada lənkəranlı öldürüldü

21:58 26-02-2021 | icon 1498
"Bakı” kafesində atışmada lənkəranlı öldürüldü

Rusiyanın Leninqrad vilayətinin Şlisselburq şəhərində yerləşən "Bakı” kafesində atışma baş verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, atışma nəticəsində 39 yaşlı azərbaycanlı Qabil Rəşidov öldürülüb.

Onun Lənkəran rayonunun Hirkan qəsəbəsindən olduğu bildirilir. Q.Rəşidov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Rusiya polisinin verdiyi məlumata görə, tərəflər arasında mübahisəyə ərazidə qar təmizlənərkən kafenin reklam lövhəsinin bağlanması səbəb olub.