Parlament Jurnalistləri Birliyi açıqlama yaydı
Parlament Jurnalistləri Birliyi (PJB) son günlər sosial şəbəkələrdə hansısa qüvvələrin düşünülmüş üslubda apardığı təbliğatla bağlı açıqlama ilə çıxış edib.
YeniAvropa xəbər verir ki,açıqlamada qeyd edilir ki, Milli Məclisin iclaslarını izləyən parlament jurnalistləri hər zaman qanunverici orqanın fəaliyyəti barədə doğru informasiyalar yaymağa çalışıblar.
PJB üzvlərinin açıqlamasında Milli Məclisin sonuncu iclasında spiker Sahibə Qafarovanın söylədiyi “Hazırda Qarabağ döyüş bölgəsi deyil” sözlərini kontekstdən çıxaranların sosial şəbəkələrdə yanlış təbliğat aparmaqlarından narahatlıq ifadə edilib.
“Milli Məclisin 23 fevral tarixli iclasının da gedişini izləyən parlament jurnalistləri olaraq deyə bilərik ki, sosial şəbəkələrdə yayılmış guya spiker Sahibə Qafarovanın “Hərbiçilərə ikiqat maaş lazım deyil” deməsi yönündə iddialar tamamilə yalandır. Spiker çıxışında belə bir cümlə ifadə etməyib. Müzakirələr zamanı spiker bildirdi ki, daha Qarabağda müharibə yoxdur və hazırda ora döyüş bölgəsi deyil və əminliklə bildiririk ki, bunun əsgərlərin maaşının artırılmasına qarşı fikir kimi dəyərləndirilməsi yanlışdır. Spiker həmin fikri səsləndirərkən 10 noyabrda imzalanmış üçtərəfli bəyanatdan sonrakı vəziyyəti – döyüşlərin dayandırıldığını nəzərdə tutub”, - deyə PJB üzvləri bəyan ediblər.
PJB üzvləri qeyd edirlər ki, Milli Məclisin iclaslarında parlamentin sədri və deputatlar tərəfindən hərbçilərə həmişə diqqət və dəstək göstərilir.
Jurnalistlər bu həssas mövzu ətrafında manipulyasiya cəhdlərinin müşahidə olunduğunu qeyd edərək, sosial şəbəkə istifadəçilərini diqqətli olmağa səsləyiblər:
“Gəlin, qarşı tərəfin təbliğat maşınına işləməyək ki, Azərbaycanı sözün həqiqi mənasında döyüş bölgəsinə çevirmək istəyənlər arzusuna çata bilsinlər. Əminik ki, xalqı təhrikedici çağırışlarla çaşdırmağa çalışanlar bu dəfə də yanılacaqlar”.
Si Cinpin-Blinken görüşü gərgin keçib
İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var
Azərbaycan-Ermənistan sülh danışıqlarını yüksək qiymətləndiririk-Prezident
“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır
Minifutbol millimizə yeni idman direktoru təyin edilib
Azərbaycan Avropa üçün həm də yaşıl enerji təchizatçısı olacaq-İlham Əliyev
"Günəşli"də neft hasilatı dayandırılıb?
Sabah Bakıda 29° isti olacaq
Berlində Azərbaycan və Almaniya liderlərinin təkbətək görüşü olub
Avropa Parlamentinin qətnaməsində Azərbaycanla bağlı vəziyyət açıq şəkildə təhrif edilib-XİN
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi vəzifəsinin öhdəsindən layiqincə gəlib-Kərim Vəliyev
Bakıda “Qida Təhlükəsizliyi” simpoziumu keçirilib
Uzun illər Avropa bazarlarına nəql ediləcək neft-qaz resurslarımız var
Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək
Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib
İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli seqmentində iştirak edib
AFFA “Neftçi”nin şikayətini təmin etməyib
Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir
Xəzərdə “Dalğa-2024” birgə taktiki təlimi başa çatıb
Avropa çempionatı:Bu gün 3 cüdoçumuz mübarizəyə qoşulur
Daha 39 ailə Füzuliyə köçürülüb
Azərbaycan nefti 88,90 dollara satılır
Nazir və komitə sədrlərinin may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır