logo

Putin Qarabağa görə yenidən Təhlükəsizlik Şurasını topladı

16:25 26-02-2021 | icon 1645
Putin Qarabağa görə yenidən Təhlükəsizlik Şurasını topladı

Rusiya prezidenti Vladimir Putin fevralın 26-da ölkəsinin Təhlükəsizlik Şurasını toplayıb. Operativ iclasda Dağlıq Qarabağdakı yaşayış məntəqələri ətrafındakı vəziyyəti müzakirə edib.

YeniAvropa xəbər verir ki, bu barədə  “İzvestiya” məlumat yayıb.

İclası açan Rusiya prezidenti deyib:“Bu gün biz Dağlıq Qarabağ ətrafındakı vəziyyətin nizamlanmasını müzakirə edəcəyik.

Sülhməramlılarımızın, Fövqəladə Hallar Nazirliyinin, sərhədçilərimizin necə işlədikləri və bu sahədə beynəlxalq təşkilatlarla, xarici tərəfdaşlarımızla əməkdaşlığın necə getdiyi barədə qiymətləndirmələrinizi dinləmək istərdim”.