logo

Sabah Moskvada Qarabağa dair növbəti üçtərəfli görüş keçiriləcək

14:58 26-02-2021 | icon 1659
Sabah Moskvada Qarabağa dair növbəti üçtərəfli görüş keçiriləcək

Azərbaycan, Ermənistan, Rusiya baş nazir müavinləri arasında Qarabağa dair növbəti görüş fevralın 27-də Moskvada keçiriləcək.

 YeniAvropa xəbər verir ki, bu barədə Rusiya baş nazir müavini Aleksey Overçuk jurnalistlərə müsahibəsində  deyib. Bildirib ki, tərəflər sabahkı görüşdə iştirak edəcəklərini artıq təsdiqləyiblər.

Xatırladaq ki, üç ölkənin baş nazir müavinləri səviyyəsində ilk görüşü yanvarın 30-da Moskva şəhərində keçirilib. Qarabağa dair işçi qrupunun üzvləri daşımalar və onların təhlükəsizliyinin təminatına, habelə başqa nəzarət məsələlərinə dair alt qruplar yaratmaq qərarına gəliblər.