logo

ABŞ-ın Yerevandakı səfirliyi siyasi düşərgələrə çağırış etdi

21:12 25-02-2021 | icon 2016
ABŞ-ın Yerevandakı səfirliyi siyasi düşərgələrə çağırış etdi

ABŞ-ın Ermənistandakı səfirliyi ölkədəki siyasi düşərgələrə müraciət edərək yaranmış mübahisələri sülh və dinc yolla həll etməyə çağırıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu barədə səfirlik bəyanat yayıb. 

Bildirilir ki, diplomatik nümayəndəlik Ermənistandakı daxili siyasi hadisələri və tərəflərin çıxışlarını yaxından izləyir və bütün tərəfləri sakitlik nümayiş etdirməyə, sərt hərəkətlərdən çəkinməyə çağırır.

Bəyanatda deyilir ki, gərginlik sülh yolu ilə və zor tətbiq etmədən aradan qaldırılmalıdır. Səfirlik ölkə xalqının siyasi fikir ayrılıqlarını dialoq yolu ilə müzakirə etməyə hazır olduqlarını da qeyd edib.