logo

Baş Qərargah növbəti dəfə Paşinyandan istefa tələb etdi

16:51 25-02-2021 | icon 1862
Baş Qərargah növbəti dəfə Paşinyandan istefa tələb etdi

Ermənistan Silahlı Qüvvələri Baş Qərargahı növbəti dəfə ölkənin baş naziri Nikol Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.

YeniAvropa Ermənistan KİV-ə istinadən xəbər verir ki, bəyanatda bu tələbin heç kimin təzyiqi altında yazılmadığı vurğulanıb.

"Baş Qərargahın fevralın 25-dəki ilk bəyanatı heç kəs tərəfindən yönləndirilməyib və heç kəsin təzyiqi altında yazılmayıb. Bu, məqsədi belə məsuliyyətli vaxtda Vətənin qurtuluşuna xidmət etmək olan genereal-zabitlərin qəti fikri və mövqeyidir. Növbəti dəfə öz açıq mövqeyimizi təsdiqləyirik", -deyə Baş Qərargahın yaydığı bəyənatda vurğulanıb.