logo

Ötən gün qarda yıxılaraq xəstəxanaya yerləşdirənlərin sayı 59-a çatdı

09:35 25-02-2021 | icon 1575
Ötən gün qarda yıxılaraq xəstəxanaya yerləşdirənlərin sayı 59-a çatdı

Fevralın 24-dən etibarən paytaxtda müşahidə olan hava şəraiti ilə əlaqədar 64 nəfər (39 kişi, 25 qadın) yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

YeniAvropa xəbər verir ki, bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

Məlumata görə, xəsarət alanlardan beşinə yerində yardım göstərilib, digərləri xəstəxanaya yerləşdiriliblər.