logo

Paytaxtda qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb

12:52 24-02-2021 | icon 1428
Paytaxtda qar örtüyünün hündürlüyü 20 sm-ə çatıb

Hazırda Bakıda qar yağmaqda davam edir və bu saata olan məlumata görə, paytaxtda qar örtüyünün hündürlüyü 20  santimetrə çatıb.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 24-ü saat 12:00-a olan məlumatında bildirilib. Qeyd edilib ki, bu gün Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47, Şahdağda 27, Lerikdə 16, Qrızda 14, Gədəbəydə 12, Xaltan, Şamaxıda 11, İsmayıllıda 10, Mərəzədə 9, Qusarda 8, Qubada 7, Kişçayda (Şəki) 6, Lənkəran, Altıağac, Şabranda 4, Xınalıq, Oğuz, Qəbələdə 3, Astarada 2, Şəki, Xaçmaz, Yardımlıda 1, Sumqayıtda 8, Binədə 6, Maştağada 5 santimetr olub.