logo

Paytaxtda daha bir məktəb koronavirusa görə bağlandı

09:56 23-02-2021 | icon 6867
Paytaxtda daha bir məktəb koronavirusa görə bağlandı

Azərbaycanda daha bir məktəb koronavirusa görə bağlanıb.

YeniAvropa xəbər verir ki, Respublika İncəsənət Gimnaziyasında 8 müəllim və bir neçə şagirdin "COVİD-19" testi pozitiv çıxıb. Bu səbəbdən məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.

Məktəbin fəaliyyəti 14 günlük müddətinə təxirə salınıb və dərslərin distant formada tədris olunması qərara alınıb.

Xatırladaq ki, ötən həftə paytaxtın Nərimanov rayonu, Heydər Əliyev prospektində yerləşən 82 nömrəli tam orta məktəbin fəaliyyəti müvəqqəti dayandırılıb.

Buna səbəb məktəbin 1 nəfər I sinif şagirdinin, 1 nəfər ibtidai sinif və 1 nəfər ingilis dili müəllimlərinin "COVID-19" üçün verdikləri test pozitiv çıxması olub