logo

Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının Bakı görüşü təxirə salındı

12:52 18-02-2021 | icon 392
Azərbaycan-Gürcüstan-Türkiyə XİN başçılarının Bakı görüşü təxirə salındı

Fevralın 19-da Bakıda keçirilməsi nəzərdə tutulan Azərbaycan-Gürcüstan-Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşü təxirə salınıb.

YeniAvropa xəbər verir ki, bu barədə məlumat Azərbaycan Xarici İşlər Nazirliyinin “Twitter” səhifəsində yayılıb.

Qeyd edək ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda son görüşü 2019-cu ilin dekabrında Tbilisidə keçirilib. 

Üç ölkənin xarici işlər nazirləri arasında 7-ci görüş isə 2018-ci ilin oktyabrında İstanbul şəhərində  keçirilib.

Xatırladaq ki, Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli formatda ilk görüşü 2012-ci ildə Türkiyənin Trabzon şəhərində keçirilib. Bundan sonrakı illərdə isə nazirlər rotasiya qaydasında ildə bir dəfə görüşlər keçiriblər.