logo

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi

13:05 27-01-2021 | icon 1715
Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edildi

Prezident İlham Əliyev yanvarın 27-də Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

 YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir: "Aydın Zöhrab oğlu Kərimov Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin edilsin".