logo

Paytaxtda keçmiş məhkumdan 6 kq-dan artıq narkotika götürülüb

15:51 26-01-2021 | icon 1827
Paytaxtda keçmiş məhkumdan 6 kq-dan artıq narkotika götürülüb

Nizami rayonunda keçmiş məhkumdan 6 kiloqramdan çox narkotik götürülüb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.Qeyd edilib ki, narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən və əvvəllər Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə məhkum olunmuş Yardımlı rayon sakini R.Ağayev paytaxtın Nizami rayonu ərazisində Baş Narkotiklərlə Mübarizə İdarəsi və Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb. Onun rayon ərazisində kirayədə yaşadığı mənzilə keçirilən baxış zamanı oradan 6 kiloqram 480 qram heroin və 105 qram metamfetamin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.