logo

FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb

20:12 25-01-2021 | icon 2744
FHN: Dağıntılar altından xilas edilənlərin sayı 6-ya çatıb

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən və partlayış nəticəsində uçqun baş vermiş ikimərtəbəli fərdi yaşayış evində Fövqəladə Hallar Nazirliyinin qəza-xilasetmə qüvvələri tərəfindən axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

YeniAvropa xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, görülmüş operativ tədbirlər nəticəsində FHN-in xilasediciləri tərəfindən dağıntı altından daha bir nəfər xilas olunaraq aidiyyəti üzrə təhvil verilib. Bununla da xilasedicilər tərəfindən xilas edilmiş vətəndaşların sayı 6-ya çatıb.

Axtarış-xilasetmə əməliyyatı davam edir. Əlavə məlumat veriləcək.