logo

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

12:30 25-01-2021 | icon 1561
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş  43 cinayətin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildirilib ki, əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 7 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş bir yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.