logo

Putin Davos forumunda çıxış edəcək

18:11 24-01-2021 | icon 1890
Putin Davos forumunda çıxış edəcək

Rusiya prezidenti Vladimir Putin gələn həftə onlayn formatda keçiriləcək Davos İqtisadi Forumunda çıxış edəcək.

YeniAvropa xəbər verir ki, bu barədə "Rossiya 1" telekanalı məlumat yayıb.

Xəbərdə Rusiya dövlət başçısının gələn həftəki iş proqramının çox sıx olacağı da bildirilib. 

“Gələn  həftə prezident Putin Davos sammitindən başqa bir sıra mühüm görüşlərdə iştirak edəcək. Bunların sırasında Rusiya ali məktəblərində təhsil alan tələbələrlə görüş, Nazirlər Kabinetinin iclasında iştirak , eləcə də  Moskvada Böyük Vətən müharivəsi muzeyinə gedəcəkdir”, - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, pandemiya səbəbindən bu il Davos İqtisadi Forumu onlayn formatda keçiriləcəkdir.