logo

Novruz çərşənbələrinin vaxtı bəlli oldu

10:32 24-01-2021 | icon 1568
Novruz çərşənbələrinin vaxtı bəlli oldu

Azərbaycanda ənənvi olaraq xüsusi ovqatla qeyd edilən Novruz çərşənbələrinin vaxtı məlum olub.

 YeniAvropa xəbər verir ki, bu barədə  Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Bildirilib ki, bu ilin ilk çərşənbəsi fevralın 23-ü, axırıncı çərşənbə isə martın 16-na təsadüf edəcək.

Fevralın 23-də ilk - Su çərşənbəsi, martın 2-də Od, martın 9-da Yel, martın 16-da isə axırıncı - Torpaq çərşənbəsi qeyd olunacaq.

Novruz bayramı isə həmişə olduğu kimi, yaz fəslinin başlandığı gün qeyd ediləcək. 2021-ci ildə yaz fəslinin Azərbaycana gəlişi martın 20-i Bakı vaxtı ilə saat 13:37-də olacaq.