logo

ABŞ-ın Rusiyadakı etirazları dəstəkləməsi Kremli qıcıqlandırdı

18:58 23-01-2021 | icon 1953
ABŞ-ın Rusiyadakı etirazları dəstəkləməsi Kremli qıcıqlandırdı

ABŞ Rusiya müxalifətinin bu gün keçirdiyi aksiyalarla bağlı mövqe nümayiş etdirib.

YeniAvropa Rusiya KİV-nə istinadla xəbər verir ki, ABŞ-ın bu ölkədəki səfirliyinin yaydığı rəsmi məlumatda baş verənləri diqqətlə izlədiklərini və aksiya iştirakçılarının həbs olunmalarını pislədiklərini bildirib.

"Rusiyanın 38 şəhərində etiraz aksiyalarını, 350-dən çox dinc etirazçı və jurnalistin saxlanılmasını diqqətlə izləyirik. ABŞ olaraq, bütün insanların dinc aksiyalar keçirmək və öz fikrini ifadə etmək azadlığını dəstəkləyirik. Rusiya hakimiyyətinin atdığı addımlar isə bu azadlıqları əzir”,- deyə səfirliyin mətbuat katibi Rebekka Ross diplomatik nümayendəliyin "Twitter" hesabında yazıb.

Rəsmi Moskvanın cavabı isə özünü gözlətməyib. Belə ki, Rusiya XİN sözcüsü ABŞ səfirliyinə ölkənin daxili işlərinə qarışmamağı məsləhət görüb: "Öz problemlərinizlə məşğul olun və başqa ölkələrin daxili işlərinə qarışmayın”.