logo

Dövlət Neft Fondunun qızıl ehtiyatları 102 tona çatır

14:10 23-01-2021 | icon 2002
Dövlət Neft Fondunun qızıl ehtiyatları 102 tona çatır

Ötən il Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) qızıl ehtiyyatları 0,6 ton artıb.

YeniAvropa xəbər verir ki, bu barədə Neft Fondunun 2020-ci il üzrə investisiya fəaliyyətinin yekunlarına dair hesabatında bildirilib. Qeyd edilib ki, bu il yanvarın 1-nə ARDNF-in investisiya portfelində qızılın ümumi həcmi 101,8 ton olub.

Keçən ilin əvvəlinə olan məlumata görə isə Dövlət Neft Fondunun investisiya portfelində qızılın həcmi 101,2 ton idi. Beləliklə də, Neft Fondu 2020-ci ildə 0,6 ton qızıl alıb.

Qeyd edək ki, hazırda qızıl investisiyaları Neft Fondunun investisiya portfelinin 14,2 faizini, ABŞ dolları portfelinin isə 6 milyard 170,8 milyon dollarlıq hissəsi təşkil edir.