logo

Azərbaycandadaha 280 nəfər  koronavirusa yoluxdu, 11 nəfər öldü

18:28 22-01-2021 | icon 2240
Azərbaycandadaha 280 nəfər  koronavirusa yoluxdu, 11 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus infeksiyasından 632 nəfər müalicə olunaraq sağalıb, 280 yeni yoluxma faktı qeydə alınıb.

YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki,COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 11 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 228 min 526 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 219 min 19 nəfər müalicə olunaraq sağalıb, 3064 nəfər vəfat edib. Aktiv xəstə sayı 6443 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 347 min 951 test aparılıb. Bugünkü test sayı isə 6144-dür.