logo

Paytaxt yollarının buz bağlaması  zəncirvari qəzaya səbəb oldu

09:34 22-01-2021 | icon 1295
Paytaxt yollarının buz bağlaması  zəncirvari qəzaya səbəb oldu

Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.

 YeniAvropa xəbər verir ki, bu barədə BNA məlumat yayıb. Bildirilib ki, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.

"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - deyə məlumatda bildirilib.