logo

DİN əməliyyat keçirdi: Bakı və Sumqayıtda silahlı şəxslər saxlanıldı

13:09 20-01-2021 | icon 1512
DİN əməliyyat keçirdi: Bakı və Sumqayıtda silahlı şəxslər saxlanıldı

Daxili İşlər Nazirliyinin əməkdaşlarının keçirdikləri əmaliyyatlarda Bakıda və Sumqayıtda silahlı şəxslər saxlanılıb.

YeniAvropa xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd edilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Sumqayıt şəhəri Novxanı bağlar yaşayış sahəsində yaşayan H.Tumasovdan 3 ədəd patron aşkar edilərək götürülüb.

Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan “Makarov” markalı tapança, 61 ədəd sandıq və 296 ədəd patron da götürülüb.

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini İ.Ağayev Binəqədi rayonu ərazisində saxlanılıb.

Ondan “Marqolin” markalı tapança və 44 ədəd patron aşkar edilərək götürülüb.