logo

Dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək

10:30 20-01-2021 | icon 1918
Dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək

Almaniyanın Oberstdorf şəhərində keçiriləcək qış idman növləri üzrə dünya çempionatında tamaşaçıların iştirakına icazə verilməyəcək.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, təşkilatçılar bu addımı təhlükəsizlik baxımından atıblar. Artıq satılmış biletlərin geri qaytarılması prosesinə start verilib.

Qeyd edək ki, çempionat fevralın 23-dən martın 7-dək keçiriləcək.