20 Yanvar faciəsindən 31 il ötür
Azərbaycan tarixinə qanlı faciə kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələrindən 31 il ötür.
YeniAvropa xatırladır ki, 1987-ci ilin sonlarında yenidən ortaya atılmış qondarma Dağlıq Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına, Ermənistanda və Dağlıq Qarabağda yaşayan yüz minlərlə azərbaycanlının öz doğma yurdlarından qovulmasına yönəlmişdi. Keçmiş Sovet İttifaqının iki respublikası arasında başlanan bu münaqişə XIX–XX yüzilliklərdə ermənilərin Azərbaycan torpaqlarında ardıcıl məskunlaşdırılması, habelə xalqımıza qarşı məqsədyönlü şəkildə aparılmış etnik təmizləmə və soyqırımı siyasətinin növbəti mərhələsi idi.
Ermənistan SSR-in respublikamıza ərazi iddialarına, radikal erməni millətçiləri tərəfindən qızışdırılan separatizmə və soydaşlarımız əleyhinə törədilən kütləvi zorakılıqlara SSRİ rəhbərliyinin bilavasitə və ya dolayısı ilə dəstək verməsi, habelə Azərbaycanın o zamankı rəhbərlərinin cinayətkar qətiyyətsizliyi və milli maraqlara zidd addımları xalqımızı respublikanın ərazi bütövlüyünün qorunması naminə ayağa qalxmağa sövq etdi. Beləliklə, respublikada geniş sosial spektrli xalq hərəkatı yarandı və proseslərin gedişi onun tədricən milli azadlıq hərəkatına çevrilməsinə zəmin yaratdı.
Azərbaycan xalqının haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini hiddətlə ucaldaraq imperiya buxovlarından birdəfəlik qurtulmağa can atmasından təşvişə düşən SSRİ rəhbərliyi, əslində, sovet totalitar rejiminin süqutunu daha da sürətləndirən müdhiş cinayətə əl atdı. Mərkəzi hakimiyyət 1990-cı il yanvar ayının 19 dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başladı. Sovet Ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı digər regionlarından olan ehtiyatdakı hərbçilərin iştirakı ilə həyata keçirilmiş hərbi təcavüz nəticəsində paytaxtda dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi, yaralandı və itkin düşdü...
Bəli, 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda çox sayda şəhid verdi. Lakin onun iradəsi sınmadı və milli ruhu sarsılmadı. Həmin qırğın zamanı ümummilli mənafelərin müdafiəsi naminə canlarından keçmiş və şəhidlik zirvəsinə ucalmış Vətən övladları misilsiz fədakarlıqları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar...
Hər il 20 Yanvar Azərbaycanda Ümumxalq Hüzn Günü olaraq qeyd edilir.
Koronavirus infeksiyasının geniş yayılmasının qarşısını almaq məqsədi ilə hazırda ölkədə tətbiq edilən sərt karantin rejiminin tələblərinə uyğun olaraq bütün kütləvi tədbirlər və toplantılar qadağandır. Bunu nəzərə alaraq bu il 20 Yanvar - Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər Xiyabanını vətəndaşların ziyarəti əvvəlki illərdən fərqli təşkil ediləcək.
Belə ki, Xiyabana gəlmək istəyən ziyarətçilər mütləq qaydada tibbi maskadan istifadə etməli və sosial məsafənin qorunması üçün beş nəfərdən artıq qruplarda toplaşmamalıdırlar. Ona görə də vətəndaşlar xiyabana beş nəfərlik qruplarla daxil olacaq və dayanmadan ziyarətlərini başa vurub ərazidən çıxacaqlar. Xiyabanın daxilində və kənarda insanların toplaşması yolverilməzdir. Ziyarətə gələnlərin təhlükəsiz hərəkətlərini təmin etmək məqsədilə Şəhidlər Xiyabanı istiqamətində olan küçə və prospektlərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.
Azərbaycanda sabiq daxili işlər naziri həbs edildi
Faktiki hava:Əksər rayonlara qar yağır
Türkiyə-Böyük Britaniya ticarət dövriyyəsi: Hədəf 20 milyard dollardır
Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək
Prezident və xanımı COVİD-19-a yoluxdu
Azərbaycanda daha 195 nəfər koronavirusa yoluxdu, 6 nəfər öldü
Ramiz Mehdiyev Leninin hesabına akademik olub
Türkiyədə COVID-19-a qarşı peyvənd olunanların sayı 10 milyonu ötüb
Feminist qadınların Bakının mərkəzindəki aksiyası dağıdıldı
Daha bir şəhidimiz dəfn olundu
İşğaldan azad olunmuş ərazilərə keçməyə cəhd edənlər saxlanılıb
Ötən il İran polisi 1200 ton narkotik vasitə müsadirə edib
Azərbaycanda müəllimlərin 83 %-i qadınlardır
Spiker Sahibə Qafarova 8 Mart münasibəti ilə qadınları təbrik etdi
MN Zəngilan rayonunun Qaragöz kəndindən videogörüntülərni yaydı
Sabah Bakıda 9° isti olacaq
Azərbaycanın "İnterpol"la axtardığı Arayik Arutyunyan Xocavəndin Qırmızı Bazar kəndində
Mehriban Əliyeva Azərbaycan qadınlarını təbrik edib
Bu gün 8 Mart-Beynəlxalq Qadınlar Günüdür
İlham Əliyev "Facebook” hesabından qadınları təbrik etdi
Dünyada koronavirusdan ölənlərin isə 2 milyon 600 minə yaxınlaşır
Bakıda Novruz bayramı yarmarkaları keçiriləcək
Bakıda başına dəmir düşüb ölən qadının kimliyi bəlli oldu
12 cüdoçumuz Daşkənd “Böyük dəbilqə”dən 2 bürünc medalla dönür
Faktiki hava:Xəzərdə dalğanın hündürlüyü 6 m-ə çatdı, bölgələrə isə qar yağır