logo

İşğaldan azad edilmiş əraziləri prezidentin xüsusi nümayəndələri idarə edəcək

14:30 19-01-2021 | icon 2016
İşğaldan azad edilmiş əraziləri prezidentin xüsusi nümayəndələri idarə edəcək

Prezident İlham Əliyev yanvarın 19-da "İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndələri haqqında" fərman imzalayıb.

YeniAvropa xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası prezidentinin xüsusi nümayəndəlikləri təsis ediləcək. Həmin xüsusi nümayəndəliklərə prezident tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən və birbaşa prezidentə tabe olan prezidentinin xüsusi nümayəndələri (bundan sonra – xüsusi nümayəndə) rəhbərlik edirlər.

Müəyyən edilir ki, xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında Azərbaycan Respublikasının prezidentini təmsil edən vəzifəli şəxsdir.

Xüsusi nümayəndə prezidentin müəyyən etdiyi ərazi hüdudlarında prezidentin müəyyən etdiyi səlahiyyətləri həyata keçirir.