logo

Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

18:28 18-01-2021 | icon 2058
Azərbaycanda daha 118 nəfər koronavirusa yoluxdu, 13 nəfər öldü

Azərbaycanda koronavirus infeksiyasından 503 nəfər müalicə olunaraq sağalıb, 118 yeni yoluxma faktı qeydə alınıb.

 YeniAvropa xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumatda bildirilib. Qeyd edilib ki, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 227 min 391 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 215 min 771 nəfər müalicə olunaraq sağalıb, 3022 nəfər vəfat edib. Aktiv xəstə sayı 8598 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 321 min 592 test aparılıb. Bugünkü test sayı isə 3399-dur.