logo

Sabah Bakıda sulu qar və qar yağacaq, 6° isti olacaq

13:53 18-01-2021 | icon 1589
Sabah Bakıda sulu qar və qar yağacaq, 6° isti olacaq

Azərbaycanda yanvarın 19-na gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən YeniAvropa-ya  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər bəzi yerlərdə çiskinli, axşam yağıntılı olacağı, gecəyə doğru isə yağıntının sulu qara, qara keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 2-4°, gündüz 4-6° isti olacaq. Atmosfer təzyiqi 761 millimetr civə sütunundan 769 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 70-80 faiz təşkil edəcək.

Yanvarın 19-da Azərbaycanın rayonlarında arabir qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2° şaxtadan 2°-dək isti, gündüz 4-8° isti, dağlarda gecə 4-9° şaxta, gündüz 0-4° isti olacağı ehtimal edilir. Yolların buz bağlayacağı gözlənilir.

Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, yanvarın 19-dan yanvarın 21-i axşamadək Bakıda və Abşeron yarımadasında hava şəraitinin təzadlı dəyişəcəyi, arabir yağıntılı, küləkli keçəcəyi və havanın temperaturunun xeyli aş