logo

Ötən 2 gündə cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

13:08 18-01-2021 | icon 1652
Ötən 2 gündə cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb

Respublikanın daxili işlər orqanları ötən iki gün ərzində törədilmiş 79 cinayətin üstünü “isti izlər”lə açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən YeniAvropa-ya bildiriblər ki, əvvəlki dövrlərdən bağlı qalmış 21 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 58 nəfər, o cümlədən borclu şəxs qismində axtarılan 41 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində beş nəfər ölüb, altı nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 58, qanunsuz saxlanılan silah-sursatla bağlı 5 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 82 nəfər saxlanılıb.