logo

Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi

10:33 18-01-2021 | icon 1862
Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət etdi

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib.

İdarədən YeniAvropa-ya daxil olan məlumatda bildirilir ki, Nazirlər Kabinetinin xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə müvafiq qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan şəhərlərinin və Abşeron rayonunun ərazisinə, eləcə də Lənkəran, Masallı, Cəlilabad, Şəki, Zaqatala, Quba, Xaçmaz, Yevlax, Bərdə, Biləsuvar və İsmayıllı rayon mərkəzlərinin ərazilərinə (kənd və qəsəbələr istisna olmaqla) giriş-çıxışa tətbiq olunmuş məhdudiyyətlərin yanvarın 25-i saat 00:00-dək uzadılmasını nəzərə alaraq, DİN Baş Dövlət Yol Polisi İdarəsi bir daha vətəndaşlardan müəyyənləşdirilmiş qaydada icazəsi olmayanların respublikanın digər şəhər və rayonlarına, eləcə də əks istiqamətdə getməyə cəhd göstərməmələrini, həmin müddətədək səbirli olmaqla mövcud qaydalara ciddi riayət etmələrini xahiş edir.